
“Bavariya”nın futbolçusu Arturo Vidal karyerasını İtaliyada davam etdirə bilər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, çilili yarımmüdafiəçi ilə “İnter” yaxından maraqlanır.
“Neradzurra” Vidalı yay transferi dövründə heyətinə qatmaq arzusundadı. “Bavariya”nın çalışdırıcısı Karlo Ançelotti bu keçidin baş tutmasına qarşıdı. Buna baxmayaraq, Vidalın Milana köçməyə razı olduğu bildirilir. Buna görə də, “İnter” rəhbərliyi danışıqları dayandırmaq fikrində deyil.
İtaliyalılar transferin baş tutması üçün 50 milyon avro xərcləməyə hazırdılar. Danışıqlar baş tutsa, Vidal “İnter”də ilinə 7,5 milyon avro qazanacaq.
Gununsesi.info