“Bavariya” rəhbəri Superliqanın yaradılması və Çempionlar Liqasındakı dəyişikliklərlə bağlı bəyanat yayıb

  • By admin
  • 19 Aprel 2021 20:47

“Bavariya”nın idarə heyətinin sədri Karl Hayns Rummenige Superliqanın yaradılması və Çempionlar Liqasındakı dəyişikliklərlə bağlı bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, o, rəhbərlik etdiyi klubun Superliqanın planlaşdırılmasında iştirak etmədiyini bildirib.

“Biz Superliqanın pandemiya səbəbindən Avropa klublarında yaranan maliyyə problemlərini həll edəcəyini düşünmürük. Avrokubokların formatında edilən dəyişiklikləri isə alqışlayırıq”, – deyə bəyanatda bildirilib.

Gununsesi.info