“Bavariya” təcrübəli qapıçısı ilə müqavilə yenilədi

  • By admin
  • 20 May 2020 20:52

Almaniyanın “Bavariya” klubu qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilin iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, almaniyalı futbolçu 2011-ci ildən Münhen klubunda çıxış edir.

 

 

Gununsesi.org