“Bavariya” “Tottenhem” görüşündə sevinən tərəf Almaniya klubu oldu

  • By ilhame
  • 03 Avqust 2024 20:15

Almaniyanın “Bavariya” və İngiltərənin “Tottenhem” klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.

 

Gununsesi.info xəbər verir ki, Cənubi Koreyada keçirilən matçda münhenlilər 2:1 hesablı qələbəyə seviniblər.

 

Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. Dördüncü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.

 

İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.

 

Qeyd edək ki, bu komandalar bir həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.

Gununsesi.info