“Bavariya”da şok itki – Levandovski zədələndi

  • By admin
  • 11 Aprel 2017 10:23

1491891078-2038 

 

“Bavariya”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Real”a qarşı keçirəcəkləri oyunu buraxa bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Bundesliqanın hesabat turunda əzəli rəqib “Borussiya” ilə oyunda 2 qol vuran və sonradan zədələnən futbolçu hələ də komanda ilə məşqlərə  başlaya bilməyib. Onun “Real” oyunu buraxmaq ehtimalının böyük olduğu bildirilir.

Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 12-də Münhendə keçiriləcək.

 

Gununsesi.info