“Bavariya”dan yeni rekord

  • By admin
  • 16 Yanvar 2022 13:12

Bavariya” futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi buna “Köln”ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında nail olub.

Yulian Nagelsmanın baş məşqçi olduğu komanda ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus olan göstəricini yaxşılaşdırıb. “Bavariya” daha əvvəl 2012 – 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.

Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.

Gununsesi.info