“Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb

  • By admin
  • 06 İyun 2020 20:33

Almaniya Bundesliqasının 30-cu turunun matçında Münhen “Bavariya”sı Leverkuzenin “Bayer” komandasını qəbul edib.

Gununsesi.org xəbər verir ki, görüş meydan sahiblərinin 4:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesab 10-ci dəqiqədə açılıb. “Bayer” komandasının hücumçusu Lukas Alario fərqlənib.

Lakin Münhen “Bavariya”sı ard-arda dörd qol vurub. Koman, Leon Qoreçka, Serj Qnabri və Robert Levandovski hesabda fərqlənib.

Leverkuzenin “Bayer” komandasının 17 yaşlı futbolçusu Florian Virç 89-cu dəqiqədə vurulan dörd qoldan yalnız birinin əvəzini çıxa bilib.

Bununla da “Bavariya” ardıcıl 9-cu qələbəsini qazanıb.

Hazırda “Bavariya” 70 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir.

 

 

Gununsesi.org