Baxçalı “Ədalət!” yürüşü ilə bağlı MHP-nin İstanbul təşkilatına və Ülkü Ocaqlarına tapşırıq verdi: 2 GÜN QAPALI QALIN

  • By admin
  • 08 İyul 2017 20:02

baxçali

MHP genəl başqan yardımçısı və İstanbul millət vəkili Semih Yalçın “Twitter” adresinden, MHP genəl başqanı Dövlət Baxçalının “Ədalət!” yürüşü güzərgahında yerləşən MHP rayon təşkilatları və Ülkü Ocaqlarının 2 günlüyünə qapadılması təlimatını verdiyini bildirib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Semih Yalçının paylaşdığı mesaj bundan ibarətdir

“MHP genəl başqanı sayın Dövlət Baxçalı İstanbul Şəhər Başqanlığına bu gün verdiyi təlimatla- “ana müxalifət” partiyasının yürüyüş güzərgahı üzərindəki partiyamızın bütün rayon-qəsəbə təşkilatlarının və ülkü ocaqları şöbələrinin iki gün müddətinə qapalı qalmasını istədi. Təşkilatlarımıza “təhrik yürüyüşü” sırasında hər dürlü prokovativ əyləmlərə qarşı tədbirli olmaları təlimatını verdi”-deyə, o, yazıb.

KAMİL

Gununsesi.info