Baxçalı CXP-dəki qarışıqlıqdan məmnundur: "BİZİ QARIŞDIRMAQ İSTƏDİLƏR, ÖZLƏRİ QARIŞDILAR..."

  • By admin
  • 10 May 2017 20:55

bahceli-kilic

“CXP hazırda böyük xaosun içindədir…”

Gununsesi.info xəbər verir ki, bunu MHP genəl başqanı Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxışı zamanı dilə gətirib.

MHP lideri deyib ki, CXP-nin 16 referndumu ilə bağlı MHP-də çaxnaşma və qarışıqlıq yaratmaq cəhdləri əks effekt verib.

“CXP-lilər özləri qazdıqları quyuya özləri düşdülər. Onlar MHP-ni qarışdırmaq istəyirdilər, amma indi özləri qarışıblar. Öz qazdıqları quyuya da özləri düşüblər…”-deyə, o, sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info