Baxçalı “müxalifləri” “topa” tutdu: “Əxlaq və hüquq sözünü ağzınıza almayın…”

  • By admin
  • 23 İyun 2017 20:20

devlet-baxcali

MHP genəl başqanı Dövlət Baxçalı ona müxalif olanların və partiya sıralarından uzaqlaşdırılanların  ünvanına ad şəkmədən, növbəti sərt sözlər səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, buna səbəb Baxçalı müxaliflərinin ötən ilin mayında keçirdikləri qurultayın bugünlərdə məhkəmə tərəfindən qeyri-qanuni hesab edilməsinə eks- MHP-çilərin sərt təpki göstərmələri olub.

Baxçalı isə “Tvitter” hesabı üzərindən etdiyi paylaşımında müxalifləri “FETÖ”çülərlə əlbir olmaqda ittihamlayıb.

“FETÖ”çülərlə birləşib ədaləti birlikdə qətl edənlər, partiyamıza qarşı tələ quranlar hüquq və əxlaq sözlərini ağızlarına almasınlar, komik görünürlər”-deyə, o, bildirib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info