Baxçalıdan Kılıçdaroğluna: AĞILSIZ BAŞIN BƏLASINI...

  • By admin
  • 15 İyun 2017 20:55

baxcali

Ağılsız başın bəlasını ayaqlar çəkərmiş.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı CHP lideri Kamal Kılıçdaroğlunun “Ədalət yürüşü” ilə bağlı Tvitter hesabında yazıb.

“Provokatorlar iş başındadır. Atalarımız boşuna deməyib: Ağılsız başın bəlasını ayaqlar çəkər. Ədalət yolda tapacağınız əşya deyil. Yaxud gəzərkən ayağınıza dəyəcək olan maneə də deyil. Bunu bilməmək cəhalətdir”, – MHP lideri bildirib.

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu millət vəkili Enis Bərbəroğlunun həbs olunmasına görə Ankarada “Ədalət yürüşü” başladıb.

Yürüşün 28 gün davam etməsi və Kılıçdaroğlunun gündə 18 km məsafə qət etməsi gözlənilir.

Gununsesi.info