Baxçalının xəstəliyindən yazanlar məhkəməyə veriləcək

  • By admin
  • 28 Sentyabr 2019 09:00

MHP sədri Dövlət Baxçalının xəstəliyi ilə bağlı sosial şəbəkələrdə təhqirlər yazan, fitnəkarlıq edənlər məhkəməyə veriləcək.

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə partiya liderinin vəkili Nizaməddin Qocabəy deyib:

“Sosial şəbəkədə təhqiramiz və təhrikedici paylaşımlar edənlər haqqında qısa müddətdə lazımi hazırlıq görüləcək, hüquqi prosedur başladılacaq”.

Xatırladaq ki, Baxçalı bir neçə gün əvvəl yuxarı tənəffüs yollarının infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Hazırda o, evində həkim nəzarətindədir.

Gununsesi.org