“Baxırsan, cavan qadın canlı yayım açıb söyüş söyür…” - ÇİNGİZ MUSTFAYEV

  • By admin
  • 31 Avqust 2020 16:50

“Qadınlar gün ərzində 50-100 dəfə bədənlərinin bəzi yerlərini çəkib göstərirlər. Bu, adiləşməyə doğru gedir. Belə getsə, hətta kişilərimizi də itirəcəyik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev “Ayaqüstü söhbət” proqramında qeyd edib. Sənətçi sosial şəbəkə istifadəçilərinin davranış qaydalarını tənqid edib:

“Baxırsan, cavan qadın canlı yayım açıb söyüş söyür, siqaret çəkir. Bir adam bütün gün “Tik-tok”da kamera qoyub göz süzdürür, dodaq dişləyir. Bunu niyə edir? Kişilər niyə əzilib-büzülür? Neçə ildir səhnədəyəm, heç vaxt kamera açıb əzilib-büzülməmişəm. Kişinin bu cür etməsi estetik görünmür.

Dekoltə geyinib restorana getmək də  olar. Amma dekoltə geyinib, yarım kiloqram makiyaj edib fitnessə və çimərliyə getmək anormaldır. Bu, mənim fikrimdir. Heç kəs inciməsin. “Belə olmalıdır” demirəm.  İstəmirəm qadınlarımız dəyərdən düşsün və kişilər metroseksual olsun. Metroseksual o deməkdir ki, bütün günü baş darayıb, qaş qırxıb, özünə baxsın. Dəyərimizi bilək, özümüzü satmayaq”.

 

 

Gununsesi.info