Baxmut və Soledar ətrafında ağır döyüşlər gedir

  • By admin
  • 10 Yanvar 2023 00:14

Ukrayna silahlı qüvvələri ölkənın şərqindəki Donbas regionunda Baxmut şəhəri ətrafında müdafiəni möhkəmləndirib.

Gununsesi.info Ukrayna mənbələrinə istinadən bildirir ki, Rusiyanın Wagner özəl hərbi şirkəti muzdlularının aramsız hücumlarını dəf edir.

Bu şirkətin sahibi, “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeni Priqojin çoxsaylı yeraltı mədənləri olan bu şəhəri nəyin bahasına olursa olsun zəbt etməyə cəhdlər göstərir.

Kiyev habelə Baxmutun yaxınlığındakı Soledar şəhərinin müdafiəsinə əlavə qüvvələr göndərib.

Ukrayna rəsmiləri bu şəhərin ətrafında vəziyyətin daha ağır olduğunu bildirirlər.

Ukrayna hərbiyyəsinin bəyanatında deyilir:

“Düşmən Soledar şəhərinə hücum etmək üçün müxrtəlif tərəflərdən uğursuz cəhdlər edir. Onlar cəbhənin bu hissəsinə peşəkar hərbi birlikləri və vaqnerçiləri gətiriblər”.

Priqojin hər iki tərəfdən verilən ağır itkilərə baxmayaraq aylardır ki, Baxmut və Soledarın zəbt edilməsinə cəhdlər göstərir.

 

Mətləb

Gununsesi.info