Baydenə böyük ŞOK: Etirazçı zaldan çıxarıldı

İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən davam etsə də, ABŞ prezidenti Co Baydenin Yaxın Şərq siyasətinə etirazlar davam edir.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın İllinoys ştatının Belvidere şəhərindəki avtomobil zavodunda Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqının üzvü olan işçilərə müraciət edən ABŞ prezidenti Co Baydenin çıxışı Qəzza zolağında atəşkəs çağırışı edən etirazçı tərəfindən kəsilib.

Bayden kürsüdə çıxış edərkən iştirakçılar arasından bir nəfər “Qəzzada atəşkəsə çağırmaq lazımdır” deyə qışqırıb. Bayden etirazçının çağırışına cavab verməsə də, o, “Burax getsin, problem yoxdur” deyib.

Hadisədən sonra etirazçı zaldan çıxarılıb.

Gununsesi.info