ABŞ-da aparılan yeni sorğuya görə, ABŞ prezidenti Co Baydenin səsləri günü-gündən azalır. Bayden 2020-ci il prezident seçkilərində ən çox səs aldığı mübahisəli 6 ştatdan 5-də keçmiş prezident Donald Trampdan geridə qalıb.
Gununsesi.info xəbər verir ki, “New York Times”/”Siena College” sorğusunda ABŞ-da 2024-cü il prezident seçkilərinə təxminən bir il qalmış Baydenin son seçkilərdə qalib gəldiyi ştatlarda Trampın səslərinin öndə olduğu bildirilib. Pensilvaniya, Miçiqan, Corciya, Nevada və Arizona ştatlarında Tramp Baydendən öndə gedir.
22 oktyabr-3 noyabr tarixli sorğuya görə, Respublikaçı namizədlər arasında yarışda açıq-aşkar liderlik edən Tramp sözügedən ştatlarda 3-9 bal fərq qazanıb.
Sorğunun nəticələrinə görə, Tramp Bayden qarşısında Pensilvaniyada 48-44, Miçiqanda 48-43, Arizonada isə 49-44 faiz üstünlük qazanıb.
2020-ci il prezidentlik yarışında Tramp seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham olunduğu Corciya ştatını əhatə edən sorğunun nəticələrinə görə, Baydeni 6 bal (49-43 faiz) qabaqlayıb.
Donald Trampın prezident Bayden üzərində ən böyük üstünlüyə malik olduğu ştat 9 bal çox səs topladığı Nevada ştatıdır (52-41 faiz).
Sözügedən ştatlar arasında Bayden Viskonsin ştatında Tramp üzərində yalnız 2 xal (47-45 faiz) üstünlük əldə edə bilib.
Sorğuda iştirak edən Amerika vətəndaşlarının əksəriyyəti 77 yaşlı Trampı əqli cəhətdən bacarıqlı gördüklərini bildirsələr də, Baydenin yaşının irəliləməsindən “narahat olduqlarını” ifadə ediblər.
Seçicilərin təxminən 71 faizi Baydenin “effektiv prezident olmaq üçün çox qoca” olması ilə “bir qədər razılaşdıqlarını” söyləyib.
Seçicilərin yalnız 39 faizi Tramp haqqında eyni sözləri deyib.
Bundan əlavə, iştirakçıların 52 faizi Trampın “effektiv prezident olmaq üçün zehni qabiliyyətinə” malik olub-olmaması sualına “bəli” cavabını verib, eyni məsələ ilə bağlı Bayden üçün bu nisbət yüzdə 35 səviyyəsində qalıb.
Gununsesi.info