Baydenə məğlub olan Trampın HƏDƏFİ AÇIQLANDI: İki-üç ay sonra…

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediaya iki-üç ay sonra şəxsi platformada qayıdacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə onun müşaviri Ceyson Miller “Fox News” telekanalına bildirib.

HTML tutorial

Millerin sözlərinə görə, Tramp yaxın vaxtlarda yeni şəxsi platformada sosial media sahəsinə qayıdacaq.

Trampın məsləhətçisi əlavə edib ki, bu, böyük platforma olacaq. Onun sözlərinə görə, yeni platforma on milyonlarla istifadəçi yığacaq. “Bu, oyun qaydalarını tamamilə dəyişəcək”, – deyə Miller vurğulayıb.

Qeyd edək ki, tvitç, tvitter, feysbuk və instaqram sosial şəbəkələri Vaşinqtonda yanvarın 6-da baş verən qarışıqlıqlardan sonra Trampın hesablarını bloklayıblar.

Gununsesi.info