Baydenə qarş İMPİÇMENT “QƏRARI”: hərəkətləri o qədər çirkindir ki...

  • By admin
  • 21 Avqust 2021 10:17

Qalmaqallarda adı hallanan tanınmış konqresmen Marjorie Teylor Qrin Konqresə Əfqanıstana görə ABŞ prezidenti Co Baydenə impiçment elan etməyi təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Corciya ştatından olan respublikaçı Baydenin hakimiyyətdən kənarlaşdırılması ilə bağlı Konqresə qətnamə layihələrini təqdim etdiyini bildirib. Guya o, on min amerikalını əfqanıstanın “Taliban” hakimiyyətinin təhlükəsi altında qoyub.

O, həmçinin prezidentin ABŞ-ın cənub sərhədində böhrana yol verərək immiqrasiya qanunvericiliyini pozduğunu və Ali Məhkəmənin mövqeyinə zidd olaraq qanunvericilik səlahiyyətlərini mənimsədiyini, kirayəçilərin mənzillərini çıxarmaq üçün moratoriumu uzatdığını iddia edir.

“Co Baydenin prezident olduğu yeddi ay ərzində ABŞ bütün dünyada hörmətini itirdi. Dəlillər aydındır və hərəkətləri o qədər çirkindir ki, ona impiçment elan edilməlidir”, – konqresmen deyib.

Gununsesi.info