Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası oğlu Hunter Baydenə işgüzar münasibətlərdə üstünlük verdiyi iddia edilən ABŞ prezidenti Co Baydenə qarşı impiçment təhqiqatının başlanmasını rəsmən təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə 212 demokrat əleyhinə, 221 respublikaçı deputat isə lehinə səs verib. Sözügedən səsvermə ilə respublikaçıların bir müddətdir Baydenə qarşı oğlu Hunter Baydenə işgüzar münasibətlərdə üstünlük verdiyini iddia edən impiçment prosesi rəsmiləşib.
Nümayəndələr Palatasında keçirilən səsvermədən sonra məsələ ilə bağlı açıqlama verən Bayden prosesin əvvəldən tamamilə siyasi və əsassız olduğunu müdafiə edib.
Nümayəndələr Palatasının həyata keçirəcəyi impiçment təhqiqatının prezident seçkilərinin keçiriləcəyi 2024-cü il ərzində davam edəcəyi gözlənilsə də, bunun demokrat prezidentliyə namizədə qarşı siyasi prosesə çevrilə biləcəyi ilə bağlı proqnozlar Amerika mediasında da öz əksini tapır.
Konqresdəki respublikaçılar isə Baydenlə oğlu Hunter Baydenin işgüzar əlaqələrinin araşdırılması lazım olduğunu iddia edirlər.
ABŞ prezidenti Baydenə qarşı impiçment təhqiqatının prezidentlik yarışında ən mühüm müzakirə mövzularından biri olacağı gözlənilir.
Nümayəndələr Palatasında aparılan araşdırmalar nəticəsində Bayden impiçmentdə ittiham olunarsa, demokrat prezidentin taleyini Senatdakı səsvermə müəyyən edəcək.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-2020-ci illərdə səlahiyyət müddəti ərzində iki dəfə Nümayəndələr Palatasında impiçment elan edilsə də, Senatda keçirilən səsvermədə ona bəraət qazandırılıb.
Gununsesi.info