Bayden-Ərdoğan görüşü yeni dönəmin başlanğıcıdırmı? - ŞƏRH

  • By admin
  • 12 İyul 2023 10:22

Türkiyənin İsveçin NATO üzvlüyünü dəstəklədiyini açıqlamasından sonra Vilnusda Amerika rezidenti Co Baydenlə bir araya gələn Ərdoğan yeni bir dönəmə dair mesajlar verdi.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dialoqun mətbuata açıq olan qismində Türkiyə Prezidenti Ərdoğan Amerika Prezidentinə “Cənab Prezident, dəyərli dostum”, -deyə səslənməsi görülür.

Seçki təbriki üçün Ərdoğan Baydenə təşəkkür etdi. Yaxınlaşan Amerikan siyasi seçkilərində Baydenə uğurlar arzulayır.

Ərdoğan sözlərinə “(ABŞ ilə) Strateji mexanizm çərçivəsində növbənin dövlət Prezidentləri səviyyəsində təmaslara çatması qənaətindəyəm”, deyərək Baydenlə daha öncəki görüşləri “isinmə turları” olaraq dəyərləndirib.

Ərdoğan 2002-ci ildən bəri ilk dəfə Baydenin Prezidentliyi dönəmində Ağ Evdə qəbul edilmədi.

Ərdoğan “İndi yeni bir dönəmi başladırıq. Mənim üçün bu yeni dönəm 5 illik prosesdir” deyərək rəsmi Ankaranın iki ölkə münasibətlərinin istiqaməti ilə bağlı yeni bir baxışına dair siqnal verdi. Bu görüşdən sonra Türkiyəyə “F-16” satışına dair Vaşinqtondan müsbət mesajlar gəlməyə davam etdi.

ABŞ Dövlət Departamentinin sözcüsü M. Miller, nazir Antoni Blinkenin son həftəlrdə ABŞ Konqresinin Xarici Əlaqələr Komissiyası üzvləri Türkiyəyə “F-16” satışını müzakirə etdiyini söylədi.

“Reuters” yazdığı xəbərdə Blinkenin görüşdüyü adamlar arasında Xarici Əlaqələr Komissiyasının başçısı Bob Menendezin də olduğu bildirdi.

“F-16” döyüş təyyarələrinin Türkiyəyə satışı üçün bu komissiyanın üzvlərinin təsdiqi gərəkdir.

Miller “Bu müzakirələrin içini açıqlamayacam, ancaq Türkiyəyə “F-16″ satışını dəstəklədiyimizi söyləyə bilərəm”, deyir.

İlk dəfə 2021-ci ildə edilən müraciətlə Türkiyə Amerikadan 40 ədəd yeni “F-16” savaş təyyarələrinin modernləşdirilməsi hissələrini tələb edir.

Mümkün anlaşmanın pul miqdarı 5 milyard dollar tutumundadır.

“New York Times” ‘İsveç dönüşünü’ yazdı

“New York Times” qəzeti İsveç mövzusunda Türkiyənin dönüş etdiyini və bunun ABŞ ilə əlaqələri düzəltməyə yönəlik bir siqnal olduğunu yazır.

Qəzetə açıqlama verən bir Amerikan yetkilisi “F-16″lar mövzusunda Konqresin fikrini Türkiyə lehinə çevirmək üçün İsveçin üzvlüyünə yaşıl işıq yandırılması gərəkli olduğunu türk məsləkdaşları ilə danışdığını söyləyir.

Xəbərdə Ağ Evdən alınan Baydenin satış mövzusunda çalışacağı zəmanətinin də Ərdoğanın qərarına təsir etməsi şərhi bəzi türk ekspertlər tərəfindən dilə gətirilir.

Qəzetə danışan “German Marshall Fund”un Ankara Direktoru Özgür Ünlühisarcıklı Türkiyənin Rusiyadan uzaqlaşdığının də iki göstəricisi olduğunu söyləyir.

Ünlühisarcıklı Rusiyanın Türkiyədə qalmaları şərti ilə sərbəst buraxdığı Azov taburundan 5 komandirin Ukraynaya getməsinə icazə verilməsi ilə “Vaqner” üsyanı zamanı Ankaranın səssizliyini bu yeni duruma örnək göstərir.

 

Tərcümə: Arzu

Gununsesi.info