Bayden: “Əfqan xalqına təsəvvür edilməyəcək dərəcədə maddi yardımlar etdik”

  • By admin
  • 17 Avqust 2021 12:59

ABŞ prezidenti Co Bayden ölkəsinin  Əfqanıstandan çəkilməsi ilə bağlı xalqa müraciət edib.

Gununsesi.info xəbər verir ki, Bayden baş verənlərə görə əfqan xalqını  öz  ölkələrinin gələcəyinə laqeyidlikdə günahlandırıb:

“Əfqan xalqına hər şey verdik. Təsəvvür edilməyəcək dərəcədə maddi yardımlar etdik. 300 minlik ordu yaradıb onu hətta bir çox müttəfiqlərimizin malik olmadığı imkanlarla təchiz etdik. Biz illərlə böyük vəsaitlər (cəmi bir trilyon dollara yaxın, təkcə idarəetməyə 88 milyard dollar vəsait xərclənib) xərcləyib bütün əfqan ordusunun və idarəetməsinin maaşını verdik. Talibanın bircə hava uçağı yoxdur, biz əfqan ordusuna hava qüvvələri yaratdıq. Lakin onlar bütün bu imkanlardan istifadə etmək əvəzinə onları qoyub qaçdılar. Prezident Əşrəf Qəni qaçdı. Biz əfqanlara hər şeyi verdik, bircə şeydən başqa- ÖZ GƏLƏCƏKLƏRİ ÜÇÜN MÜCADILƏ ETMƏK İRADƏSİNİ BIZ ONLARA VERƏ BİLMƏZDİK! Biz Əfqanıstana terrorla mübarizə aparıb “Əl-Qaidanı” zəiflətmək üçün getmişdik, bunu ABŞ-ın maraqları tələb edirdi və biz məqsədimizə nail olduq. Terrorla mübarizə zərurəti yaranacaqsa, yenə gedəcəyik. Ancaq ABŞ-ın Əfqanıstanda “millət quruculuğu”, “demokratiya quruculuğu” kimi bir öhdəliyi yoxdur”.

Bayden deyib ki, ABŞ uzun illər Əfqanıstanda normal dövlət qurmağa çalışdı, ancaq əfqanlar bunu istəmədilər. Onlar düşündülər ki, elə həmişə ABŞ vətəndaşları onların maaşını ödəyəcək, ABŞ əsgərləri onları qoruyacaq və bu rahat həyat heç dəyişməyəcək.

 

Gunay

Gununsesi.info