
ABŞ-da 125 min nəfərin 9 milyard dollarlıq tələbə krediti borcunun Co Bayden administrasiyası tərəfindən silinəcəyi bildirilib.
Gununsesi.info xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada, Bayden administrasiyası bu günə qədər təxminən 3,6 milyon amerikalının cəmi 127 milyard dollarlıq kredit borcunu bağışladığı qeyd olunub.
Qeyd edək ki, universitet təhsilinin baha olduğu ABŞ-da bir çox insan universitetdə təhsil almaq üçün tələbə krediti üçün müraciət edir. Kreditlə təhsil alan tələbələr məzun olduqdan sonra kreditləri qaytarmaq üçün ciddi maliyyə yükü ilə üzləşirlər.

Gununsesi.info