Bayden: “Putinin hər vasitə ilə imperiya yaratmaq istəyi ortadadır”

  • By admin
  • 25 Fevral 2022 11:28

ABŞ Prezidenti Jo Bayden Rusiyanın Ukraynaya hücumu ilə bağlı növbəti bəyanat səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, Baydenin bəyanatında deyilir:
Amerika Birləşmiş Ştatlarının Prezidenti: ❝ Bütün dünya Putinin və onun hökümətinin həqiqi niyyətlərlərini açıq şəkildə görür. Bu niyyətlər heç vaxt real təhlükəsizlik məsələləri ilə bağlı olmayıb. Onlar yalnız açıq aqressiya nümayişidir. Putinin hər bir vasitə ilə imperiya yaradılmasının arzusudur”.

Günay
Gununsesi.info