Bayden 80 yaşını belə qeyd etdi - Foto

Noyabrın 20-si ABŞ Prezidenti Co Baydenin 80 yaşı tamam olub.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, Bayden öz doğum gününü Ağ Evdə səhər yeməyi zamanı ailəsinin əhatəsində qeyd edib.

“CNN” yazır ki, Bayden bu vəzifədə 80 illik yubileyini qeyd edən ilk ABŞ Prezidentidir və diqqətləri öz yaşına cəlb etmək istəməyib. İddia olunur ki, Bayden yaşının gələcək seçki prosesinə mane olmasını istəmir. Bu səbəbdən də, Baydenin ad günü ilə bağlı ictimai tədbirlər təşkil edilməyib.

Xatırladaq ki, Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir. O, hər kəsin bunu istədiyini hesab edir. ABŞ lideri bu barədə yekun qərarını 2023-cü ilin əvvəlində verəcək.

Gununsesi.info