Bayden: “Amerikanın Putin üçün qurduğu plan işlədi” - "AĞIR BƏDƏL ÖDƏYƏCƏK!"

  • By admin
  • 02 Mart 2022 09:45

ABŞ Prezidenti Jo Bayden Konqres qarşısında çıxış edib.

Gununsesi.info Baydenin çıxışından bəzi məqamları təqdim edir:

Amerika Prezidenti Joe Biden -nin konqres qarşısında çıxışından:

“Amerikanın Putin üçün qurduğu plan işlədi. Biz Putinin bütün addımlarını hesablamışdıq və o, səhv addımlar ataraq dalana dirəndi. Putin artıq dünyadan təcrid olunub.

Buradan Rusiyalı oliqarxlara səslənirəm, bundan sonra pul qazana bilməyəcəksiniz. Sizə söz verirəm, pul qazanmaq bitdi! Amerika sizin varlanmağınıza daha imkan verməyəcək.

Biz Ukraynanın yanındayıq. Putin bizi konqresdə, NATO-nu isə Avropada bölmək istəyirdi. Biz bunu görürdük. Amma bacarmadı. Biz onu dünyadan tədricə gətirdik. Putin artıq dünya üçün yoxdur!

Doğrudur, biz hələ ki, Ukraynaya girmirik, girmək fikrimiz də yoxdur, lakin eyni zamanda amerikanın quru qoşunlarını mobilizə etmişik. Müttəfiqlərimizi ehtiyac yaranarsa qoruyacağıq.

Putin Ukraynanı mühasirəyə ala bilər, torpaq da qazana bilər. Lakin, ağir bədəl ödəyəcək və bu uzun illər davam edəcək.

Rusiya 30 ildir müstəqil olan bir ölkənin azadlığına mane ola bilməyəcək.”

Məncə artıq şərhə ehtiyac yoxdur. Hər kəs anladı…

 

Nəcəf Cavadsoy

Gununsesi.info