Bayden anım günündə yuxuya getdi - Video

ABŞ prezidenti Co Bayden anım günü Arlinqton Milli Qəbiristanlığında keçirilən mərasim zamanı yuxuya gedib. 

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüləri “Times Now” portalı yayıb.

Pentaqonun rəhbəri Lloyd Ostinin çıxışı zamanı Baydenin yuxuya getməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Yayılan kadrlarda ABŞ prezidentinin uzun müddət gözlərini yumaraq səhnə arxasında oturduğu görünür. Daha sonra o, gözlərini açır ovuşdurur və yenidən zala nəzər salır. Səs yazısından da görünür ki, ABŞ lideri bir dəqiqə oyaq qalmağa çalışır və vaxtaşırı bir neçə saniyə gözlərini yumur.

Qeyd edək ki, ABŞ lideri keçən avqust ayında Bayden Havaydakı Maui adasında yanğından sağ çıxanlarla görüşdə, həmin ilin iyulunda ABŞ prezidenti İsrailin başçısı İsaak Hersoqla söhbətdə, eyni zamanda iki il əvvəl iqlim sammitində də  yuxuya getmişdi.

Gununsesi.info