
ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəsə çox yaxın olduğunu və gələn bazar ertəsi atəşkəsə nail ola biləcəyini deyib.
Gununsesi.info xəbər verir ki, Bayden Nyu-Yorka səfəri zamanı gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
“Ümid edirəm bu həftənin sonuna qədər. Milli təhlükəsizlik müşavirim deyir ki, biz çox yaxınıq, amma hələ işimiz bitməyib. Ümid edirəm ki, gələn bazar ertəsinə qədər (Qəzzada) atəşkəs olacaq”, – Bayden bildirib.
Gununsesi.info