Bayden Azərbaycanla bağlı QƏRAR VERDİ

  • By admin
  • 04 May 2021 11:26

ABŞ Prezidenti Co Baydenin administrasiyası “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılmasını uzadıb.

Bu barədə xarici KİV-lər xəbər verir.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən “Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.

Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılıb.

Gununsesi.info