
Litva Prezidenti Gitanas Nauseda ABŞ Prezidenti Co Baydenə ölkənin ən yüksək dövlət mükafatı – Böyük Vitautas ordenini təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, Baydenə qədər heç bir ABŞ Prezidenti bu mükafata layiq görülməyib.
Bayden Litva Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin inkişafında, iki ölkənin siyasi, mədəni, iqtisadi və sosial əməkdaşlığının yaxşılaşdırılmasında xüsusi xidmətlər göstərdiyinə görə təltif olunub.
Qeyd edək ki, orden 1930-cü ildə təsis edilib. Onunla Litva dövləti qarşısında görkəmli xidmətlərinə görə litvalılar və əcnəbilər mükafatlandırılırlar.
Gununsesi.info