Bayden bu pişiyi Ağ Evdə saxlayacaq - FOTO

  • By admin
  • 31 Yanvar 2022 17:23
Ağ Evdə yeni ev heyvanı var.
Willow ilə tanış olun! Keçən cümə günü elan edildi ki, birinci ailə Willow adlı boz qısa tüklü bir pişiyi sahiblənib. Birinci xanım Cill Bayden Willow ilə ilk dəfə Pensilvaniya fermasında pişik onun çıxışına mane olduğu zaman tanış olub.
Willow 2020-ci ildə Dr. Baydenin seçki kampaniyası zamanı səhnəyə qaçaraq onun sözlərini yarımçıq qoyub ki, bu da hamıya çox gözəl təssürat bağışlayıb. Onların əlaqəsini görən fermanın sahibi Willowun Dr. Baydenə aid olduğunu artıq o zaman anlamışdı, – Maykl LaRosa, birinci xanımın sözçüsü mətbuata açıqlamasında bildirib.
Pişik birinci xanımın məmləkəti Willow Grove-nin adını daşıyır.
Gununsesi.info