
ABŞ Prezidenti Co Bayden canlı yayımda növbəti dəfə peyvənd olunub.
Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, Amerika prezidenti üçüncü dəfə xalqın gözü qarşısında vaksinasiyadan keçib.
78 yaşlı lider əhalinin 23 faizinin indiyədək peyvəndlənmədiyini vurğulayıb. Prezident “Pfizer/BioNTech” peyvəndi vurdurub.
Xalqa səslənən Bayden insanları vaksinasiyaya çağırıb: “Epidemiyanı məğlub etmək, həyatımızı qurtarmaq, uşaqlarımızı təhlükəsiz saxlamaq, məktəblərimizi açmaq və iqtisadiyyatımızı inkişaf etdirmək üçün vaksinasiya mütləqdir. Xahiş edirəm, doğru olanı edin”.
Gununsesi.info