Bayden Fransaya səfər edib

ABŞ prezidenti Co Bayden Fransaya səfər edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Paris Orli hava limanında Baydeni Fransanın baş naziri Qabriel Attal qarşılayıb.

Məlumata görə, Bayden 6-7 iyun tarixlərində Normandiyada Müttəfiqlərin desant əməliyyatının 80-ci ildönümü ilə bağlı anım mərasimlərində iştirak edəcək.

Bildirilir ki, onlar Ukraynadakı vəziyyəti, Yaxın Şərqdəki münaqişəni və iqlim məsələlərini müzakirə edəcək danışıqlar aparacaqlar.

 

 

Gununsesi.info