Bayden gülməli duruma düşdü - VİDEO

  • By admin
  • 19 Aprel 2022 13:37

ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Jill Bayden Pasxa bayramı ilə əlaqədar Ağ Evdə ənənəvi olaraq keçirilən “yumurta yuvarlama” tədbirində iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, Bayden cütlüyünün təşkil etdiyi tədbirə minlərlə uşaq qatılıb.

Yağış səbəbiylə Ağ Evin bağçasında qısa çıxış edən Bayden daha sonra uşaqlarla birlikdə yumurta yuvarlayıb. Bu arada ABŞ prezidenti jurnalistlərin suallarını da cavablandırıb. Belə ki, Əfqanıstan müharibəsi ilə bağlı ona verilən sualları cavablandıran Baydenin çıxışı dovşan geyimində olan şəxs tərəfindən kəsilib. Bir anda çaşqınlıq yaşayan Bayden çıxışını yarımçıq qoyaraq ərazidən uzaqlaşıb və uşaqlarla şəkil çəkdirməyə davam edib.

Mərasim zamanı lentə alınan görüntülər sosial mediada müzakirələrə səbəb olub.

Xatırladaq ki, ABŞ prezidenti bu yaxınlarda qeyri-adi hərəkətilə gündəmə gəlmişdi. O, kürsüdə çıxış etdikdən sonra yaxınlığında heç kim olmasa da, əl uzadaq görüşmək istəyib. Lakin onun əli havada qalıb.

Gununsesi.info