Bayden immiqrasiyanı məhdudlaşdırmağa yönələn yeni tədbirləri açıqlayıb

ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl ABŞ-Meksika sərhədinə gələn immiqrantların rekord sayını azaltmaq üçün yeni tədbirlər görəcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bayden administrasiyası bu məsələdə bəzi güclü respublikaçıların təzyiqi altında idi.

Yeni tədbirlərə əsasən, ABŞ-a qeyri-qanuni yollarla daxil olan immiqrantlar sığınacaq müraciətlərinə baxılmadan əvvəl deportasiya edilə bilər.

Bu tədbirin immiqrantların gündəlik sayı həddi aşdığı və “sərhəddəki vəziyyətin öhdəsindən gəlmək mümkün olmadığı” halda tətbiq ediləcəyi iddia edilir.

Bundan əlavə, müraciətlərin tez yekunlaşdırılması və ABŞ-da immiqrasiya məhkəmələrinin yükünün yüngülləşdirilməsinə yönəlmiş tədbirlər də açıqlanıb.

Baydenin verdiyi açıqlamalarda bu tədbirlərin sərhədlərə nəzarəti bərpa etməyə kömək edəcəyini bildirib.

İmmiqrantlar üçün işləyən bəzi hüquq təşkilatları bu qərarı tənqid edir.

Milli İmmiqrasiya Forumunun prezidenti Jennie Murrayın sözlərinə görə, siyasətin getdikcə immiqrasiya məsələsini məhdudiyyətlərə doğru itələməsi təəssüf doğurur.

Bildirilir ki, Co Bayden administrasiyası dövründə ABŞ sərhədini qanunsuz keçməyə çalışan 6,4 milyon immiqrantın qarşısı alınıb.

Bu il immiqrantların sayı xeyli azalsa da, ekspertlər bu tendensiyanın davam etməyəcəyini düşünürlər.

Baydenin qərarı ilə bağlı öz partiyasından da tənqidi səslər var.

Qeyd edək ki, bəzi Demokratik Konqres üzvləri mətbuat konfransında Baydenin mühacirlərlə bağlı qərarını tənqid ediblər.

 

 

Gununsesi.info