Bayden imzaladı: Fələstinlilərə qarşı zorakılıq edən yəhudilərə qarşı sanksiyalar

  • By admin
  • 02 Fevral 2024 08:39

ABŞ prezidenti Co Bayden işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq törədən ekstremist yəhudi məskunlaşanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncamı imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, işğal altındakı İordan çayının qərb sahilində son vaxtlar fələstinlilərə qarşı zorakılıq edən ekstremist yəhudi məskunlaşmaçılar ABŞ administrasiyası tərəfindən sanksiyalara məruz qalacaqlar.

Sanksiya siyahısına daxil olan şəxslər Amerika maliyyə sistemində əməliyyat apara bilməyəcək, bu ölkəyə viza ala bilməyəcək, onların ABŞ-dakı aktivləri, əgər varsa, dondurulacaq, Amerika vətəndaşlarına isə bu insanlarla iş görür.

Müvafiq qərarında Bayden ABŞ-ın İordan çayının qərb sahilində təhlükəsizlik və sabitliyin pozulmasının qarşısını almaq üçün bu addımı atdığını qeyd edərək, bölgədə fələstinlilərə qarşı zorakılıq aktlarının qəbuledilməz olduğunu vurğulayıb.

Ağ Ev rəsmisi bildirib ki, adı açıqlanmayan dörd nəfər artıq fərmanın əhatə etdiyi sanksiyalar siyahısındadır.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində ən azı 381 fələstinli həlak olub.

Gununsesi.info