Bayden İranın keçmiş prezidentinə və Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq etdi

  • By admin
  • 19 Sentyabr 2023 09:58
bayden

ABŞ prezidenti Co Bayden İranın keçmiş prezidenti Mahmud Əhmədinejada (2005-2013) və ölkənin Kəşfiyyat Nazirliyinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

“Bu gün biz keçmiş prezident Mahmud Əhmədinejada və İranın Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq edirik. Biz İranı regiondakı təxribatçı hərəkətlərinə görə cavabdehliyimizi davam etdirəcəyik”, – bəyanatda deyilir.

Səid Əhmədli
Gununsesi.info