Bayden: “İsveç yaxında NATO-ya qatılacaq”

  • By admin
  • 02 İyun 2023 11:50

Amerika Prezidenti Co Bayden İsveçin NATO-ya üzvlüyü ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti İsveçin yaxın zamanda NATO-ya üzv olacağını açıqlayıb.

Bayden çıxışında Rusiyanın Ukraynaya hücumunu qınayaraq İsveçin bu quruma qatılması ilə NATO-nun daha da güclənəcəyini bildirib.

Hərbi Hava Qüvvələrinin  toplantısında çıxış edən Bayden Rusiyanın NATO-nun içində çatlaq yaratmaq istədiyini iddia edib.

 

Tərcümə: Arzu 

Gununsesi.info