Bayden Kamala Harrisi prezident kimi təqdim edib

Bayden xokkeyçilərlə görüşdə Kamala Harrisi prezident kimi təqdim edib.

Gununsesi.info xəbər verir ki, Bayden Ağ Evdəki xokkeyçilərlə görüşdə belə bir söz işlədib: “Prezident Harris hər şeyi düzgün etdiyimizə əmin olmaq üçün buradadır”.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson Baydenin davranışında koqnitiv funksiyaların zəifləməsinin nəzərə çarpdığını bildirmişdi.

Gununsesi.info