ABŞ İraq və Suriyadakı Amerika bazalarına təhdidlərin və hücumların qarşısını almaq üçün əlavə addımlar atmağa hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Konqres liderlərinə göndərdiyi məktubda deyilir.
Məktubda İrana bağlı qrupların ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumlarının son vaxtlar daha tez-tez baş verdiyi qeyd edilir.
“Birləşmiş Ştatlar bu hücumlara lazımi və mütənasib şəkildə, beynəlxalq hüquqa uyğun və Birləşmiş Ştatların BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək cavab verdi. Birləşmiş Ştatlar təhdid və ya hücumlara cavab olaraq əlavə lazımi və müvafiq addımlar atmağa hazırdır”, – məktubda deyilir.
Gununsesi.info