Bayden onlayn demokratiya sammiti keçirəcək - PREZİDENTLƏRLƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ BİR-BİRİNİ DİNLƏYƏCƏK

  • By admin
  • 11 Avqust 2021 23:33

 

ABŞ Prezidenti Co Bayden bu ilin dekabrında demokratik ölkə liderlərinin virtual Demokratiya Sammitini keçirəcəyini açıqlayıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ağ ev yayıb.

Bundan təxminən bir il sonra – 2022-ci ilin dekabrında isə belə bir sammitin üzbəüz keçirilməsi planlaşdırılır.

9-10 dekabr tarixlərinə planlaşdırılan sammitdə əsasən üç mövzuda öhdəlik və təşəbbüslər müzakirəyə çıxarılacaq: avtoritarizmdən müdafiə, korrupsiya ilə mübarizə və insan haqlarına sayqının təbliği. Bir illik konsultasiya, koordinasiya və fəaliyyətdən sonra Bayden bir daha dünya liderlərini öhdəliklərinin icrası sahəsində proqresi təqdim etməyə çağıracaq.

Məlumata görə, hər iki sammitə dövlət, vətəndaş cəmiyyəti, xeyriyyə təşkilatları, özəl sektor başçıları dəvət olunacaq. “Onların bir-birini və vətəndaşlarını dinləmək fürsəti yaranacaq, uğurlarını paylaşacaq, beynəlxalq əməkdaşlığı irəli aparacaq, demokratiya qarşısında çətinliklərdən açıq danışacaqlar…” – məlumatda deyilir.

Demokratik ölkələrin sammitini keçirməyi Bayden seçki kampaniyasında vəd etmişdi. O, sələfi Donald Trampı ABŞ-ın öz müttəfiqləri ilə əlaqələri pozmaqda, avtoritar tendensiyaları gözardı etməkdə suçlayırdı. O, Rusiyanı da belə tendensiyalarım mənbəyi kimi göstərirdi.

Sammitə hansı ölkə liderlərinin dəvət alacağı, ölkələrin hansı kriteriyalarla demokratik sayılacağı isə bəlli deyil.

Gununsesi.info