
“Pandemiya bütün dünyada hər kəs peyvənd edilməyincə bitməyəcək”.
Gununsesi.info “CNN”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden deyib.
Prezident Bayden deyib ki, koronavirusun yeni ştamı barədə xəbərlər peyvəndin vacibliyini ortaya qoyur:
“Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır. Hər bir insan pandemiyanın bitməsi üçün peyvənd olunmalıdır. Bu baş verərsə, 2022-ci ilin sonuna pandemiyanı yüksək sürətlə zəiflədə bilərik”.
Gununsesi.info