Bayden: Putin artıq Ukraynanı itirib

ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların başlamasından sonra “NATO-nun dağılmasına”, eləcə də rus hərbçilərini alqışlayacaq rusdilli ukraynalıların dəstəyinə ümid edib. Bunların heç biri baş vermədi və NATO ölkələrin münasibətləri daha da möhkəmləndi.

Bu barədə Gununsesi.info RBS NewsHour-yə istinadən xəbər verir.

HTML tutorial
Co Bayden hesab edib ki, “Putin heç vaxt bunun öhdəsindən gələ bilməyəcək” və o, “artıq Ukraynanı itirib”. Onun fikrincə, Rusiya prezidenti “NATO-nun parçalanmasına”, eləcə də Ukraynanın bütün rusdilli sakinlərinin dəstəyinə ümid edib, lakin “bunların heç biri baş vermiyib”. O, həmçinin Ukraynaya nə qədər kömək lazımdırsa , öz öhdəliyinə götürüb.
Tərcümə: Adil Elxanoğlu
Gununsesi.info