Bayden:” Putin hakimiyyətdə qala bilməz” -RUSİYA UKRAYNADA MƏĞLUB OLACAQ!

  • By admin
  • 27 Mart 2022 08:37

 

Gununsesi.info ABŞ prezidenti Cozef Baydenin Varşavadakı çıxışından əsas fikirləri  təqdim edir: 

– ABŞ ordusu burada NATO-nu qorumaq üçündür;
– Sanksiyalar rublu külə çevirdi. Biz Rusiya iqtisadiyyatının düz ürəyindən vurmuşuq, onlar müharibəni maliyyələşdirmək imkanında deyillər;
– Rusiya 21-ci əsrdə yaşayırdı. İndi sanksiyalara görə bütün dünya ilə əlaqəsi kəsilib, 19-cu əsrə qayıdıb;
– Rusiya oliqarxları Ukraynaya hücumda rejimə kömək etdilər, biz də rus oliqarxlarından hər şeyi aldıq;
– Biz Kremlə vəziyyəti sabitləşdirmək üçün real təkliflər verdik, lakin Kreml onların hamısını rədd etdi;
– Bu müharibə artıq Rusiya üçün uğursuzluğa çevrilib;
– Ruslar bizim düşmənimiz deyil. Onlar diktatorun hakimiyyəti altında yaşayırlar və təkcə bu ay yüz minlərlə insan Rusiyanı tərk edib. Onlar müharibəni dəstəkləmir;
– Rusiya istəyirdi ki, biz onun sərhədlərində NATO-nun mövcudluğunu məhdudlaşdıraq, amma indi bu, dəfələrlə artırılıb;
– Demokratiyaların dirçəlişi indi aylar ərzində baş verir, əvvəllər buna illər tələb olunurdu;
– Putin Ukraynanı denasifikasiya etmək istədiyini söyləyir. Bu, rüsvayçı bir yalandır. O, yəhudi olan, demokratik yolla seçilmiş, babası faşist Almaniyası ilə döyüşmüş Zelenskini hakimiyyətdən devirmək istəyir;
– İkinci Dünya Müharibəsində baş verənləri indi Rusiya ordusu Ukraynada təkrar edir;
– Avropa Rusiya yanacağından asılılığa son qoymalıdır;
– Putin bu müharibəni bitirə bilər və bitirməlidir. O, hakimiyyətdə qala bilməz;
– Rusiya heç vaxt Ukraynanı məğlub edə bilməyəcək.

Gununsesi.info