ABŞ prezidenti Co Bayden San-Fransiskoda keçirilən xeyriyyə aksiyasında Rusiya prezidenti Vladimir Putini “dəli köpək oğlu” adlandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Əlimizdə qeyri-sabit köpək oğlu var, Putin və başqaları. Və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, – deyə Bayden bildirib.
Bayden keçmiş prezident Donald Trampın hüquqi problemlərini rusiyalı müxalifətçi və Kreml tənqidçisi Aleksey Navalnının ölümü ilə müqayisə edən şərhlərini də tənqid edib.
Gununsesi.info