
Xronologiya. Başlayaq.
⬇️
2020-ci ildə seçki kampaniyası zaman Bayden demişdi ki, onun hakimiyətə gəlməsi Putin rejiminin sonu deməkdir. Bayden demokratiyanın avtoritar rejimlərə qarşı savaşını elan etdi.
50 il ABŞ siyasətində olan Bayden kimi nəhəng dövlət adamı bilirdi ki, Putini bitirmək üçün onun nə az nə çox 4 ili olacaq.
⬇️
2020-ci ildə 3 noyabr seçkilərində Bayden qələbə qazanır. 20 yanvar 2021-ci ildə Bayden rəsmi olaraq ABŞ Prezidenti olur.
⬇️
Bayden dərhal hücuma keçdi:
1. Dayanmadan sanksiyaların tətbiqi.
2. Ukraynaya hərbi yardımların artırılması.
3. Ukraynaya gizli yollarla ABŞ instruktorların sayının kəskin artırılması.
4. Ukraynanın hərbi potensialının gücləndirilməsi.
5. Rusiyaya agenturasına qarşı bütün dünyada ovun elanı.
6. Eyni zamanda bütün dünyada Rusiyaya loyal rejimlərə “müharibənin” elanı və onların hakimiyyətdən uzaqlaşdırılması.
7. Rusiya diplomatlarının Avropa ölkələrində qovulması(agentura).
8. NATO birliyinin bərpası.
9. Müttəfiqlərlə mütəmadi əlaqələrin bərpası.
10. Qərbin BİRLİYİNİN bərpası.
⬇️
2021-ci ilin martında Bayden Putini “qatil” adlandırdı və bununla ABŞ dövlətinin və şəxsinin qətiyyərətli, dönməz mövqeyini ortaya qoydu.
⬇️
Bütün bunlara dözməyən Putin Ukrayna ilə sərhəddə hərbi qüvvələri cəmləşdirməyə başladı. Şantaja start verdi və düşündü ki Bayden geri çəkiləcək.
⬇️
2021-ci il iyunda Bayden və Putin Cenevrədə görüşürlər və Bayden Putinə geri çəkilmək üçün 6 ay müddət verdi.
⬇️
2022-ci il 24 fevralda Putin Ukraynaya hücum etdi.
⬇️
Bayden Rusiyaya qarşı cəhənnəm sanksiyaları tətbiq etdi və sona kimi Ukraynanın yanında olacağını bəyan etdi.
⬇️
Putin və ailəsinə qarşı sanksiyalar tətbiq olundu.
⬇️
Beynəlxalq Cinayət Məhkəməsi Putini hərbi cinayətkar elan etdi.
⬇️
Ukrayna Rusiya ordusunun Ukrayna ərazilərini tamamilə tərk etməsinə qədər istənilən danışıqlardan imtina etdi.
Biz indi burdayıq. Putini məhv etmək üçün Baydenin 18 ay vaxtı qalıb.
ABŞ-da 2024-cü ildə keçirilən seçkilərə gəlincə sizə deyə bilərəm ki, Bayden Rusiyaya qarşı möhtəşəm tələ qurğudu kimi, ölkənin daxilində Respublikaçılar partiyasına qarşı da dəhşətli tələ qurdu. Bayden onları faktiki olaraq federallarla qarşı-qarşıya qoydu, partiya seçim qarşısında idi, ya Trampa dəstək verməmək=elektoratı itirmək=2024 seçkiləri uduzmaq, ya da Trampa dəstək vermək=federallarla qarşıdurmaya girmək.
ABŞ tarixini bilən şəxs kimi sizi əmin edim ki, ABŞ tarixində heç bir şəxs, heç bir siyasi qüvvə, heç bir prezident federallarla qarşıdurmada qalib gəlməyib, Tramp Prezident olarkən bunu etdi və nəticə göz qabağındadır, DeSantis isə Prezident olmamış bunu etdi. Bayden respublikaçıları öz əliylə vurmadı, öz əlindən qat-qat güclü əllə vurdu, tələyə saldı.
Bu ay Bayden 2024-cü ildə Prezident seçkilərinə qatılacağını elan etməlidir.
2020-ci ildən məni mütəmadi izləyən insanlar hələ seçki kampaniyası zamanı dediyim sözləri təsdiqləyərlər: Baydenin geosiyasi şahmat taxtında Putinlə oyunu, qrossmeysterin və parkda 50 rubldan şahmat oynayan qoca baba ilə oyuna bənzəyir. O zamandan Baydeni qrossmeyster adlandırıram.
Gözümüzün qarşısında tarix yazılır.
Kamran Cəfərov