Bayden Rusiya ilə bağlı medianın suallarını cavablandırmaqdan imtina edib

  • By admin
  • 21 Yanvar 2022 22:51

ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Gununsesi.info-nun məlumatına görə, Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq.

“İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları – red.) təyyarəyə tələsirlər… Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz”, – deyə ABŞ lideri vurğulayıb.

 

 

Gununsesi.info