Bayden Rusiyaya qarşı 500 sanksiya elan etdi

  • By admin
  • 24 Fevral 2024 14:01

ABŞ prezidenti Co Bayden Moskvanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ikinci ildönümündə Rusiyaya yeni sanksiyalar elan edib.

Gununsesi.info-nun xəbərinə görə, Bayden xatrladıb ki, 2022-ci ilin 24 fevralında səhər Rusiya raketləri Kiyevin yaxınlığında partlamağa başlayıb, Rusiya qoşunları isə Ukrayna sərhədini keçib.

“O (Putin-red) inanırdı ki, azad bir xalqın iradə və qətiyyətini sındıra bilər. O düşünürdü ki, suveren bir ölkəyə basqın edəcək və dünyanın altı-üstünə çevriləcək. O elə güman edirdi ki, Avropada və ondan kənarda təhlükəsizliyin əsaslarını laxlada bilər. İki il keçib və biz ilk gündən bildiyimizi daha aydın görürük. Putin dəhşətli dərəcədə aldanıb”, – Bayden bildirib.

Baydenin sözlərinə görə “igid Ukrayna xalqı” öz azadlığını və gələcəyini müdafiə etməkdə qətiyyətlidir. Çünki hamı bilir ki, bu oyun Ukraynadan çox kənara çıxır:

“Əgər Putin ölümlərin və dağıntıların bədəlini ödəməsə, bunları davam etdirəcək. Və bunun Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri, Avropa və bütün dünyadakı partnyorları üçün bahası artmaqda davam edəcək”.

Co Bayden Rusiyanın Ukraynaya qarşı təcavüzünə və müxalif siyasətçi Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500 sanksiya qoyduğunu elan edib. Burada söhbət sanksiya siyahısına salınan 500 fiziki və hüquqi şəxsdən gedir.

Gununsesi.info