ABŞ Prezidenti Cozef Bayden Rusiya iqtisadiyyatına yeni sərmayələrin qoyulmasını, habelə bu ölkədə bəzi şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb.
Gununsesi.info report-a istinadla xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.
Fərman birbaşa və ya dolayı yolla ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarının hər hansı bir şəxsi tərəfindən, harada yerləşməsindən asılı olmayaraq, istənilən kateqoriya xidmətlərin ixracını, satışını və ya tədarükünü məhdudlaşdırır.
Sənəd həmçinin, harada olursa olsun, ABŞ-dan olan hər hansı şəxs tərəfindən Rusiya Federasiyasına yeni investisiyaların qadağasını rəsmiləşdirir.
Gununsesi.info