Bayden Rusiyaya sabit münasibət mesajı verdi

  • By admin
  • 06 İyun 2021 09:36

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşü çərçivəsində Vaşinqtonun Moskva ilə münaqişə axtarmadığını, əksinə sabit münasibət qurmaq istədiyini söyləyib.

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri, həmçinin, Avropa təhlükəsizliyinə qarşı irəli sürülən iddialara cavab verməyə də hazır olduğunu bildirib.

Qeyd edək ki, tərəflər arasında görüş iyunun 16-da Cenevrədə keçiriləcək NATO zirvə görüşü çərçivəsində planlaşdırılır.

Gununsesi.info