Bayden ÜST-lə bağlı VƏD verdi

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Co Bayden seçkilərdə qələbə qazanacağı təqdirdə ölkəni ÜST-nın tərkibinə qaytaracağını bildirib.

Gununsesi.org xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“ABŞ qlobal səhiyyənin möhkəmləndirilməsi ilə məşğul olanda amerikalılar özlərini daha təhlükəsiz hiss edirlər. Prezidentliyimin ilk günündə mən ÜST-na qoşulacağam və bizim dünya arenasında liderliyimizi bərpa edəcəyəm”, – deyə Bayden qeyd edib.
 

Gununsesi.org